Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Ahuyi-Xütən səndən alıb tərzi-nigahı,Gülbərgi-ləbin tək güli-həmra ola bilməz.
Etmən gözünü nərgisi-şəhlayə bərabər,Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz.
Can nəqdinə bir busa kərəm qıl, səni tari,Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz.
Məndən sənə icz eyləmək olsun gecə-gündüz,Səndən mənə hey naz ki, haşa ola bilməz.
Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın,Indi dəxi Məcnun mənə həmta ola bilməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çox eşqə düşən aşiqi-biçarəni gördüm,Heç biri Nəbati kimi şeyda ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulqasim-nebati-nisbet-sene-ey-sux-zuleyxa-ola-bilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Düşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canəXədəngi-tiri-müjganın əsər qılmış dilü canə,Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
Satiya, dur dolanım başına, gəl dövranəSatiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəzBaxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Poems by other poets · Love
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Aydın olsunGözəlliyi elə car olan Pəri,Gərdənə həmayil tax, aydın olsun!
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə