Ay ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.Sinəmin dəftərin izhar eyləyim,Arif olan ər gərəkdi, ər indi.

Sevdalı sərimdə eşqin havası,Yandırır cismimi onun nidası.Çalxanır könlümdə eşqin dəryası,Boylama ki, dərinlərdən dərindi.

Aşıq Musa dərsin alıb bir pirdən,Mətləbi zəbərcəd, kalamı dürdən.Gözləri cananı görəndə hərdən,Ağlı çaşır, tab eyləmir sər indi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love