De bir üz, bir üz
Arif olan, diqqət elə, fəhm elə,Qövr eylədi yaram de bir üz, bir üz.Fələk saldı məni hicran xəstəsi,Yatıram yan yerdə de bir üz, bir üz.
Yaralıyam, çətin qallam bu yaza,Ərz eliyəm, dərdi-dilim bu yaza.Yetir xəbərimi gərdən bəyaza,Görünsün gözümə de bir üz, bir üz.
Aşıq Musa, səni dərd az alımı?Görüm düçar olsun dərdə zalımı!Dərmansız xəstədən dərd azalımı?Loğman tək deyirəm de bir üz, bir üz.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-de-bir-uz-bir-uz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.