Ola
Gözəli sevəsən cavan çağında,Alma yanaq, gül buxağı ağ ola.Doyunca əməsən dilin dodağın,Zülfü dal gərdəndə bir qucaq ola.
Oturub-duranda bilə mərfəti,Əlində saxlaya məzə şərbəti,Yatasan, çəkəsən dünya ləzzəti,Uzana gecələr, gec sabah ola.
Dərdini anlaya, qədrini bilə,Əlində məhraba, istəkan silə.Alçaqdan danışa, ucadan gülə,Geyinə, sallana, damaq çağ ola.
Şeyda bülbüllərin ötüşən çağı,Qolundan tutasan, gəzəsən bağı.Ağzına salasan qaymaq dodağı,Öpəsən, qucasan gen qabaq ola.
Musa deyər, ləbləri qənd yaxşıdı,Boyu uca, zülfü kəmənd yaxşıdı.Bu sözlərin yeri xəlvət yaxşıdı,Alt-üstü ləmpəli bir otaq ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-ola
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
Səs-küylü təbilim varİllərlə zülm çəkmiş, minlərlə zəlilim var,Olmuş vətən uğrunda, şilim var, əlilim var.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.