Yazgınan - Göndərrəm
ƏliAta, sən gedirsən qürbət ellərə,Unutma Vətənu xana, yazgınan.Əgər qasid gəlsə sənin yanından,Namə göndər mən cavana, yazgınan.
Aşıq MusaBaşına döndüyüm, gülüzlü oğul,Döndərmə bağrımı qana, göndərrəm.Eşitsən sözümü, eylərəm nağıl,Yönüm düşsə hansı yana, göndərrəm
ƏliNə qədər axtarsan qərib elləri,Çıxartma qəlbindən biz bülbülləri.Salgınan yadına şirin dilləri,Keçirtmə həftəni sana, yazgınan.
Aşıq MusaBir danışın görüm, təzə bülbüllər,Qumru tək açılıb oxuyan dillər.Unutmam adınız, eylərəmKeçirtməm həftəni sana, göndərrəm.
ƏliƏlinin sözünü eşitsən əgər,Ey nuri-didarım, istəkli pədər,Gəlib-gedənlərdən naməni göndər,Xəstə könül gəlsin cana, yazgınan.
Aşıq MusaEy Musanın çeşmi-nuri-didarı,Mən deyim yerbəyer, eşidin barı.Pozmaram heç zaman əhdi, ilqarı,Səfər etsəm nə məkana, göndərrəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-yazginan-gonderrem
More by this author
Poems by other poets
Ey yar vəfadarım,Didarına müştaqəm,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.