Nə günahı telli sazın
Məclisləri abad eylər,Nə günahı telli sazın?Məlul könüllər şad eylər,Nə günahı telli sazın?
Yeki şəcər, yeki demir,Ara vurmur, yalan demir,And içməyir, rüşvət yemir,Nə günahı telli sazın?
Fikrini vermir qələmə,Zülüm eyləmir aləmə,Pulunu vermir sələmə,Nə günahı telli sazın?
Yoldan çıxıb, yolun azmır,İblis kimi ara pozmur,Molla kimi cadu yazmır,Nə günahı telli sazın?
Musa vəsfin söylər saza,Ruh verir gəlinə, qıza,Oxşamır o şeyidbaza,Nə günahı telli sazın?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-ne-gunahi-telli-sazin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
چو زلف او دل خود زار و بی قرار کند
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm