Siz eşidin vəsfi-halın söyləyim,Yaxşı camaatdı eli Göyçənin.Adamları saf məhəbbət əhlidi,Cənnətdi çəməni, çölü Göyçənin.

Hər yerdə söylənir Göyçənin adı,Səfalı yaylağı, qurğu busatı.Sürüynən erkəyi, ilxıynan atı,Nə çoxdu dövləti, malı Göyçənin.

Hər dağdan ucadı Çalmalı dağı,Car olub köysündən Qumlubulağı.Əziz saxlayırlar gələn qonağı,Dad verir dahana balı Göyçənin.

Musanın sözlərin eyləyin əzbər,Yazılsın kitablar cəm olsun dəftər.Gəzəsən kəndbəkənd, şəhərbəşəhər,Deyəsən necədi halı Göyçənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets