Səhər vaxtı zəhmət vermə özünə,Ay qabaqlı, qələm qaşlı köynəkcək.Qoyma sabah yeli dəyə üzünə,Uzun boylu, qara saçlı köynəkcək.

Qaşlarının tağı bənzər mehraca,Ağ çit tuman gövdəsində alaca.Sinən bəyaz, məmələrin balaca,Sərxoş durur xoş baxışlı Köynəkcək.

Musa deyər, ürəyimi əzərsən,Eşqə düşüb, ömür bağın üzərsən.Vaxt yetişər bağ içində gəzəsən,Bahar deyil, hələ qışdı, köynəkcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets