A bimürvət, mən ha səndən ötəriDüşmüşəm çöllərə, sayılam indi.Can çıxdı cəsəddən, sən aşkara gəz,O mah camalına mayılam indi.

Leyli-Məcnun kimi bəlaya tuşam,Mən sənin dərdindən Vətənsiz quşam.Mey ki içməmişəm, niyə sərxoşam,Əməm ləblərindən, ayılam indi.

Sənsiz bu dünyada gəzmək əbəsdi,Ruhum gedib, cismim quru qəfəsdi.Bu dərdü möhnətin Musaya bəsdi,Öldürürsən, öldür, qayılam indi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern