Dərbəndli Ağabəyə
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ərzimi guş qıl, ey qibleyi-mən, bəsdir bəs,Birdə bundan belə məsti-meyi-gülfam olma.
Baş ağardı və ömr keçdi və həm diş düşdü,Zalım sübh olub müzlimeyi-şam olma.
Rütbeyi-həşməti-Cəmşidə baxıb ibrət qıl,Mail mütrib-ü-mey, müştəriyi-cam olma.
Məst-i-məxmur gəzib girmə xərabat içrə,Müttəsil pirimüğan dövridə bədnam olma.
Nazənin-lər qəmi-eşqini götür könlündən,Belə şuridəliklə ismilə nikunam olma.
Həvəsi-kakili-dildari çıxar başından,Daxi bu dövrdə sərkəştə və sərsam olma.
Şiyaqi-xəmi-əbru ilə qılma qədi xəm,Şövqi-biyudə ilə misli-əlif-lam olma.
İstəsən görməyəsən nişi-cəfayi-xari,Aşiq qəd-ü-ruxi-sərv-ü-güləndam olma.
İstəmə dərdinə dərman dəhəni-cananı,Yoxdan əfsanə deyib sahibi-iham olma.
Çeşmi-məxmuri görüb biixud olub çox yanma,Yuxudan dur, həqiyyə müntəzir imam olma.
Qıl həzər ğəmzeyi-xunrizi ilə tiri-müjədən,Valeyi-çeşmi-çəpəndaz-i-dilaram olma.
Şərbəti-ləli-ləbi şövqi ilə can vermə,Bisəbəb dəhri-cəfapişədə naqam olma.
Dəməni-piri-xərabatı əlindən qoyma,Ey könül, peyrəvi-zahidi-islam olma.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-arif-derbendli-agabeye
Poems by other poets · Love
Qərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
DözməzmiEdən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?