Dözməzmi
Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?Vəfadan dəm vuran aşiq qəmi-düdarə dözməzmi?Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi?O qəm, kim, aşiqi mərhəm qıla əsrarə, dözməzmi?
Nə qəm, hicran ilə bağrım dönə hər ləhzə gər qanə,Vüsalə göz tikən aşiq dözər, əlbəttə, hicranə,Xoşam gər şəm tək cismim tutub od eşq ara yanə,Həqiqət sirrin istərsə ədəm kuyindən pərvanə,Vücudun tərk edib, candan keçib, həm narə dözməzmi?
Sütuni-səbrimə gərçi vurar Fərhadi-qəm tişə,İtirməz dil qəmi-tədbiri, düşməz xofü əndişə,Bizə ustadımız eşq içrə səbri göstərib pişə,Ənəlhəq söyləyən arif fənadan etməz əndişə,Rümuzi-eşqdən agah olan kəs darə dözməzmi?
Nə qəm, gər əşki-xünin saçsa hərdəm çeşmi-nəmnakım.Yaxıb eşq atəşi badi-fənayə versə gər xakım,Olurmu eşqdən bir ləhzə xali sineyi-pakım,Məlamət kuyinin rüsvasıyam, yox tənədən bakım,Deyə Məcnuni-eşqə hər zaman min yarə, dözməzmi?
Nə qədr eşqində çəksəm dərdü qəm, ey dust, minnətdir,Cəfa kim, Bixudə səndən gəlir, eyni-məhəbbətdir,Mərizi-eşqinəm, dərdin mənə daruyi-səhhətdir,Səninlə içdiyim qan olsa, guya şəhdü şərbətdir,Müalic təlx şərbət versə gər bimarə, dözməzmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-haci-molla-tagizade-dozmezmi
More by this author
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmazRiyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Poems by other poets · Love
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.