Təngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.

Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,Olmuşam indi xəcil bu tutduğum əfsanədən.

Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,İmdi oldu aşikara sən verən peymanədən.

Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm,Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.

Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.

Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qılSöhbəti-əğyari, qəti-ülfət et biganədən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Mən ki namü nəngdən keçdim yolunda saqinin,Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern