Ey dil, barı meyxanə sarı bir güzər eylə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.
Bir gül məni cövr ilə şəhid eylədi axir,Bülbüllərə, ey badi-səba, get xəbər eylə.
Yan atəşi-hicranə, könül, çək bu bəlanı,Bu eşqdən axir demədimmi həzər eylə?
Təsir eləməz ol büti-səngindilə naləm,Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.
Ahım küləyi yıxmadi bünyadını hicrin,Ey seyli-sirişkim, sən özün bir hünər eylə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-haci-molla-tagizade-ey-dil-bari-meyxane-sari-bir-guzer-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,