Ey dil, həzar şükr, xəbər gəldi yardən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Ey dil, həzar şükr, xəbər gəldi yardən,
Şükr et, qutardın axırı bu intizardən.
Ey göz, kənarə qoy dəxi qan ağlamağını,
Oldun xilas sən də dəxi ahü zardən.
Dərdi-xəzan hicrini çəkmişdim, aqibət,
Verdi səba xəbər o güli-novbahardən.
Ey məqdəmin fədası, bəlalar çəkən başım,
Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən.
Eşqində qoydular mənə Məcnunluq adını,
Düşdüm bu xəlqi-aləm ara etibardən.
Səd şükr kim, yetişdi sənə vədeyi-vüsal,
Bixud, şikayət etmə dəxi ruzigardən.
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-haci-molla-tagizade-ey-dil-hezar-sukr-xeber-geldi-yarden
Use ← → keys to move, R for a random poem
More by this author
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Zahid ki, məscid içrə öziçün məkan tutubZahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
Poems by other poets · Separation
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
İraqÇoxdan ayrı düşdük biz yar elindən,Əcəb o yerlərdə “biz deyən” varmı?
Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlərTa ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,