Gəlmədi
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,Həsrətindən əlif qədəm bükərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Gələm dedi, vəd eylədi getdi,Sözü xilaf oldu, vədədə ötdü,Səbəb nöldü bizi münçə unutdu,Aman Allah, yar əyləndi, gəlmədi
Badi-səba dost kuyundan gələndə,Vergilən bir xəbər mən dərdməndə,Bizimlə iqrar etdi gedəndə,Aman Allah, yar əyləndi, gəlmədi
Gələn varmı görüm yarı gördümü,Varıb ərz eyləyim ona dərdimi,Bilmən əndə ğəyrə könül verdimi,Aman Allah, yar əyləndi, gəlmədi
Aşikar oldu dərdi-pünhanım,Ovc etdi fələyə ah-u əfğanım,Raciim hicrində üzüldü canım,Aman Allah, yar əyləndi, gəlmədi
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-yusif-raci-gelmedi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Gecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Bivəfa yarə könül versə vəfadar əbəsBivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.