Mana mehri ermədi sən məhliqanın, neyləyim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
Bir tükənməz qarə sevdadır başıma saçların,Ey cahanın fitnəsi, ucundan anun neyləyim.
Tiz edəldən mənə xəncər mərdi-kafər gözlərin,Rahəti qılmadı, getdi cismü canun, neyləyim.
Nə qədər fikri-dəqiq edər olursam bilünü,Qayətinə əql erməz ol miyanun, neyləyim.
Xəttü xalın nəqşi dildən göz yaşilə getmədi,Yazusudur başuma, çünkim xudanun, neyləyim.
Bir nəfəs çün səndən ayrı oldu canım, ey sənəm,Varlığın canü cəhanın, kün fəkanun, neyləyim.
Sordu can Ruhül-Qüdüsdən şol dəhanın sirrini,Bilməzəm mən sirrini, der, qeybdanun, neyləyim.
Olmadı bu pirə hərgiz xani-vəslindən nəsib,Sən səadətlü cəvanmərdi-cəvanın, neyləyim.
Arizin dövrində şol gül cilvə edər kəndünü,Gör utanmaz yüzünü ol bihəyanın, neyləyim.
Can gözün, Mərrüx qəmzən seyfi çün ənbər olur,Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim.
Çün Süheyli ləblərün bir busə verməz canuma,Gündə min gəz öpdügünü firqət onun, neyləyim.
Ləlü yaquti rəvanımdan rəvan etməz sana,Ey Həbibi, saqiyi-namehribanun, neyləyim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ol həvavü bu həvəs kim ləbləri et cam,Heç edüb yelə verür zülfün o canun, neyləyim.
Kitabxana.az · https://kitabxana.az/en/works/habibi-mana-mehri-ermedi-sen-mehliqanin-neyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim,Bu səngisar olmuş səri ol camla sərxoş edəlim.
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlümBillah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Can içində dərdi-eşqin olalı, cana, müqimCan içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Poems by other poets · Love
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.