Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.

Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman,Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm.

Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal,Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm.

Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül,Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm.

Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam,Biz də1 onlara tabe olub, ey əhli-islam, içəlüm.

Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey,Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm.

Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs,Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam,Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern