Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.

Çıxmaya sevdayi-zülfın başdan, ey məh, gər yüz ilÜstixani-kəlləm içrə dutsa əqrəblər vətən.

Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən

Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən?

Maqta — the closing couplet bearing the poet’s pen name. Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,Çün batar cisminə təndə hər tük olmuş bir tikən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love