Etiraf
Sən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.Səndən uzaq gəzir hicran, qəm, ələm,Mənim ərşə çıxır ahım, amanım.
Sən gülsən, rəngin al, ətrin gözəl,Mən sənə əbədi həsrət, tamarzı.Deyə bilmirəm ki, gəl ey gözəl, gəl,Yandırdı bağrımı, yaxdı bu arzu!
Sən, bir ev dolusu işıq, yaraşıq,Mən sənin şövqündə qamaşan gözəm.Sənə, bilirəm ki, hər görən aşiq,Mənsə olsa-olsa quru bir sözəm.
Sən bilə bilməzsən nə çəkirəm mən.Gözəlin yandırmaq olur adəti.Sənə qurban olmaq gəlsə əlimdən,Heç kəsə vermərəm bu səadəti!
Bilirəm, bu sözlər sənə yad deyil,Çox olub qarşında diz də çökənlər.Sən buna layiqsən, ancaq inan, bil,Bəzən çiçək açır qara tikanlar.
Mən eşqi, ilqarı dadmışam bir azıBəzən gülmüşəm də, ağlamışam da.Ötüb harın-harın neçə bahar, yaz,Sel kimi coşmuşam çağlamışam da.
Amma saf ilqarın, saf məhəbbətinHəsrəti könlümü yaxmış neyləyim?Mən qulu olmuşam bir ay sifətin,O mənə biganə baxmış, neyləyim?
İnan, soyumamış könlümün odu,Saf bir məhəbbətçin yaranmışam mən.Bəlkə vəslə yetmək nəsibim oldu,Neyləyim, sevməmək gəlmir əlimdən.
İncə, isti, təmiz əbədi bir eşq!Hər sözdə, baxışda inam, etibar!Xoşbəxtdir, deyirəm dünyada ancaqÜrəklə, inamla aşiq olanlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-etiraf
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
O, dağın alnındakıməkrin
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
SevgilimŞəhla gözlərini gördüyüm zamanDedim, gül üstünə bir jalə düşmüş.