O, dağın alnındakıməkrinvə məhəbbətinqalasıdır,qalası.Ordan özünü hər günƏfsanə dumanındaAtır eşqin balası.Neçə-neçə əsrdirO, ölümlə həyatınArasında əsirdir.Gəlir səyahətçilər,Gəlir hər axşam-səhər.Cəfakeş aşiq oğlanƏbədiyyət tülününArxasından görünür.Deyir: - Ürəyim, oxlan!Deyir,Atır özünü,AtırSularda batır...Qızsa baxır qayadan,Axı demişdi: - Atıl,Mən də atılım, oğlan!Bizi ayıracaqlar,Ölüm bundan yaxşıdır...

İndi deyir özünə: Yaxşı, dayan, yaxşı dur.Sonra...Sonra...Bağrına basır məkri,Bir də ki,Dövlətli bir taciri.Gəlir səyahətçilər,Gəlir hər axşam-səhər.Böyükdən kiçiyədək -Hər səyahətçi üçünƏfsanə dumanındaOğlan atılır çaya,Qanı qarışır suya.Doymayır eşqi üçünÖlməkdən belə oğlan...Axşam-səhər,Hər zamanHəmin qayadan OğlanÖzünü atır,Batır...Qanı suya qarışır,Sular dönür sevgiyə!Qayaların dibindən,Əsrlərin qəlbindənSular axır şırhaşır.Sular dönür sevgiyə!Baxanlar pıçıldaşır,Qəm ahr gözlərini;Məhəbbətlə yuyurlarSonra əl-üzlərini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love