Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmişÜzünə mahi-münəvvər dedilər gerçəkmişQamət ü qədinə ərər dedilər gerçəkmişArizin bərgi-güli-tər dedilər gerçəkmiş

Sən mənim qəddimi xəm, ey qədi mövzun, eylədinLayiqin durmu mənə hər cövr ki əfzun eylədinYoxsa zülm eyləməyin aşiqə qanun eylədinMəsnədi-hüsnə özün şahi-Hümayun eylədinCəmi-xuban sənə çakər dedilər gerçəkmiş

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love