Gül
Çün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gülBülbüli-şuridəyə ta göstərər didar gülPəs açar ləfzi-fəsahət hüdhüdə təkrar gülSər-hesab olcaq görür həmsöhbətin çün xar gülNalə-əfğan ilə şəksiz olur bimar gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Ey təbiba, söyləmə, bu dərdin olmaz mərhəmiAtəşi dilsuz olan daim çəkər rənc ü qəmiÇürüdür çaki-giribanı dəmadəm göz nəmiDöndürər qəddin kamana qövsi-ebrui-xəmiBir yanə dost möhnətində, bir yanə el məzləmiFilməsəl hər qönçə ki bir zağ tutmuş həmdəmiEyləməzmi bu xətadən, yarəb, istiğfar gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Varsa gər mülki-cahanda şux ü şəng ü nuşxəndŞivəyi-rəftari xoş, sərv xirami dilpəsənd
Kakili eşq əhlinə zünnar ola, zülfü kəməndSürsə bu sərmənzilin başına hər aqil səməndHisbətən lillah durur, billah sözüm, ey müstəməndQədrini məşuqənin bil eyləyər aşiq büləndOlmasaydı bülbül, aya, kim deyərdi: var gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Ruzi-eyd olduqda bir gün bağdan etdin güzarBu səda guşə yetüb can həzin oldu nizarDöşənib xak əhlinin oldu təni fərşi-qübarDideyi-qəm həsrətilə qoydu çeşmim intizarBir tərəfdən şux gülrüxsarlar tutmuş qərarBir tərəfdən çətr vurmuş tazə açmış tar gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Saqiya, mey ver ki, oldu içməyə camında gülGərdişin güldür, dolan, dövr ilə əyyamında gülBir gül şüvidə, gəl, eyş etməyə kamında gülHəm üzün gül, həm sözün gül, həm gözəl namində gülYanağın güldür, sərasər ləli gül, famında gülQamətin güldür, qədin gül, cümlə əndamında gülEyləmiş rüxsarı alın məhfili gülzar gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Mütribi-xoşxan oxur, almış əlinə tar-çəngBəzm ara tutmuş qədəh saqi, müzülf, şux ü şəng
Bir-bir ilən bəhs edər biryan, tihu, turəngHər çiçək qurmuş gülüstan içrə dam, tərfə rəngBaqirəm, güllər açılmış gülşən içrə rəngbərəngAh, neyləyim, yox içində mən deyən sərdar gülDəsti gül, pa gül, bədən gül, çöhrə gül, rüxsar gül
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-baqir-sirvani-gul
Use ← → keys to move, R for a random poem
More by this author
Əlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Poems by other poets · Nature and spring
Bahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
SularSular var, arası buz bağlayıbdır,Sular var, yarası duz bağlayıbdır.