Geyindi
Bahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,Çırtıq dəydi, üz qanadı,Xallar qırmızı geyindi.
Yarım yuxudan oyandı,İncidi, küsdü, usandı,Barmaq buxağa dayandı,Əllər qırmızı geyindi.
Mayiləm mina gərdəna,Ağ bədənə, gül əndama.Zülfünə, qoyubdur xına,Tellər qırmızı geyindi.
Qaş oymatdı, qıya baxdı,Könlümün evini yıxdı.Al geyindi, seyrə çıxdı,Çöllər qırmızı geyindi,
Yarpaqları güldən təzə,Ağzı qaymaq, dili məzə,Hüseyn, canan gəldi bizə,Yollar qırmızı geyindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-bozalqanli-geyindi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Genə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Eylər-eylərAy camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.