Üstünə
Ey nazlı yar, gül yanağın,Xub yaraşır xal üstünə.Gümüş kəmər incə beldə,Düzülübdür pul üstünə.
Gördün ki, yarın yar deyil,Çarəsin qılmaq ar deyil,Dünya başına dar deyil,Birini də al üstünə.
Hüseyn ağlar zarı-zarı,Azalarmı qəm, qübarı,İtirmişəm nazlı yarı,Durum çıxam yol üstünə.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-bozalqanli-ustune
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
“Sirdaş” nədir dedim...Son günlər üzünü qəmli görəndəKönlümə od salır bu halın sənin.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram