“Sirdaş” nədir dedim...
Son günlər üzünü qəmli görəndəKönlümə od salır bu halın sənin.O qədər duyğusuz deyiləm mən də,Sinəmi göynədir məlalın sənin.
Bəlkə qəlbindəki coşan məhəbbətBir zəif dalğaydı qabardı getdi.O getdi, etmədi saf eşqə hörmət,Mənim hər arzumu apardı getdi.
Bəlkə o ətirli səhər yeliydi,Günəş boylananda sovuşdu artıq.Bəlkə də vəfasız qaranquş idi,Doğma yuvasından o uçdu artıq.
Dalğanı sahillər gözləyər müdam,Səba həsrətini çəkər bənövşə.Yuva qaranquşsuz tapmaz heç aram,İntizar içində qalar həmişə.
Lakin eşqin camı çevrilən zamanBoş qalar, bir daha, bir daha dolmaz.Çünki hər xilqətdən ucadır insan,Onun sevgisini alçaltmaq olmaz!
Sirdaş bilməsən də məni özünə,Bir dost, bir yoldaştək qəlbimi dinlə!Açaq hər mətləbi, deyək düzünə,Söhbətim bitməmiş hələ səninlə.
“Sirdaş” nədir dedim, yadında varmı,İlk dəfə açanda sənə qəlbimi.Ürək dost önündə heç qapanarmı,Aç, onu oxuyum bir kitab kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-sirdas-nedir-dedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
AyrıSəhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.