Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.

Xəyali-xalü ləbü xəttü zülfi rüxsarın,Bu qış günü məni bir səhni-gülüstanə salıb.

Bu piçütabilə mümkün deyil, üzülməyəcək,Belə ki, nazilə qəmzən kəşan-kəşanə salıb.

Nigahi-çeşmin əlindən sümüklərim əridibGəlib hüma quşu tək, meyl üstüxanə salıb.

De bülbülə ki, bilir suzi-eşqi pərvanə,Özünü şəniiri ayağma yanə-yanə salıb.

Tamam xalq mənə olsa qəmküsar, azdır,Fələk bu dərdi ki, bu cismi-natəvanə salıb.

Xəyali-muyi-miyanımda mu tək incəldim,Bu mətləb indi məni nükteyi-nihanə salıb.

Könüldən ötrü gözəl ömrü hiç, yox etdim,Görün, könül məni nə dərdi-nagəhanə salıb?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Nədamətin çəkər, axırda sudimənd olmaz,Əbəs yerə özünü Raci bu ziyanə salıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love