Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.

Xəmi-zülfündə məqam eyləyəli xəstə könül,Qüssəyə tuş olub, xanəsi bərbad olubam.

Necə səhrayə gedim ahu şikar eyləməyə,Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam.

Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim,İndi nolmuş sənə, mən özgə kimi yad olubam?!

Oğru zülfündən əgər könlümü alsam, dəxi mənVermərəm dil ona, bundan belə ustad olubam.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı,Qəmi-dəbxi unudub sərvtək azad olubam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love