Heyf, məndən ol mələksima pəri can istəməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Mən ümidi-vəsl ilə çox şakirəm hicran üçün,Aşiqi-sadiq degil hər kəs ki, hicran istəməz.
Könlümə yüz karvani-qəm gəlir, mehmanlanır,Kaş o ev viran ola, yarəb, ki mehman istəməz.
Ey xoşa, ol dərdməndə kim, təbibi yar ola,Əhli-eşq ol dərd üçün talibdi, dərman istəməz,
Tarmar olsun o dil kim, yan yox, dildarı yox,Canəvərdir, can deyil, hər kəs ki, canan istəməz.
Ey gözəl, zülfün kimi könlüm pərişan eyləmə,Kişvəri-mülkün şahənşahlar ki, viran istəməz.
Canımı qurtar bu qəmlərdən mənim, tök qanımı,Qorxma, məşuqindən aşiq həşrdə qan istəməz.
Qaməti-sərvin görən, gül tək cəmalın xoşluyan,Bağə baxmaz, gülşənə getməz, gülüstan istəməz.
Ləblərin şəhdin içən aşiq həyati-Xızr alır,Meyli-şəhdi-şəkkər etməz, abi-heyvan istəməz.
Küfri-zülfün sevməyən imanı yoxdur, dini yox,Hansı mömindir kim, o, zülfündən iman istəməz?
Maqta — the closing couplet bearing the poet’s pen name. Rəhm qıl, miskin Fəqirə, eylə ahindən həzər,Beylə gündə kafəri, gəbri müsəlman istəməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/fegir-ordubadi-heyf-menden-ol-meleksima-peri-can-istemez
Use ← → keys to move, R for a random poem
More by this author
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Poems by other poets · Love
Dərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,