Düşmüşəm seyd kimi damdə səyyad əlinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Düşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Qanımı tökmək üçün əbruyi-xunrizi müdam,Gör nə xişm ilə alıb xəncəri-fülad əlinə.
Nə səbəbdən bu qədər didələrin qəsdim edər?Məni məqtul eləməkdən gəlü bir zad əlinə!?
Qoyma zülfi-siyəhin səfheyi-rüxsarə düşə,Vermə, ey şux, behişti belə Şəddad əlinə.
Dövri-çeşmindəki xalin bəməsəl xatəmdür,Yetişib hiylə ilə divi-pərizad əlinə.
Qılsın əmani-nəzər mürşidi-ustadi-əzim,Hacı Mirzayi-Rəhim yetsə bu əfrad əlinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Duta gər nəzmi-kəlamında Fəqirin bir eyb,Əfv qılsın onu kim, düşmüyüb ustad əlinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fegir-ordubadi-dusmusem-seyd-kimi-damde-seyyad-eline
Use ← → keys to move, R for a random poem
More by this author
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.