Sənin
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,Onu görüb əfğan eylərBağda bülbüllərin sənin
Qurban olayım elinə,Yetmədim əsl fe'linə,Tökülmüş nazik belinəSona tək tellərin sənin
Aşiqlərini zar eylər,Qəm əlində həm xar eylər,Şəkər kimi güftar eylərTuti tək dillərin sənin
Xəstə sim çün düzməkdən,Bəhri-hicranın üzməkdən,Olubdur bağrım əzməkdən,Lalə rəng əllərin sənin
Əlindən gəlmişəm zarə,Siyah mərdümləri qarə,Saili qoydu avarəAğ üzdə xalların sənin
Kitabxana.az · https://kitabxana.az/en/works/saili-el-sairi-senin