Bu axşam üzü qırçın-qırçın,Qumaş kimidir Xəzər.Çəkilib sahillərin qınına,On dörd gecəlik ay işığındaBənzəyir min bir gecə nağılına.Həqiqəti bir aləmdir,Əfsanəsi bir aləm dənizin.İstəyirəm buaxşamkı nağılınıMən deyəm dənizin,Bir zaman nə Xəzər var idi,Nə də onun qumlu sahili belə.Dalğaların yerindəDəvə karvanı gedərdi.Mənzildən-mənzilə.

Bu düzdə tikan da vardı,Çiçək də, çəmən də.Bir bahar günüGöylər leysan tökəndə,Əvvəlcə çiçəklər yuyundu,Kəpənəklər yuyundu suda.Sonra qumlu düzlər içdi selləriçadar dodaqlarıyla.Sanki buludun qəzəbi tutduTorpağa.Sel selə qovuşdu,İrmaq irmağa.Sular aşdı-daşdı,Hər şey bir-birinə qarışdı.Buludun göz yaşı,Çiçəklərin ətri,Kəpənəklərin rəngiZər dənizinə döndü...Zaman-zamanNeçə adda yaşayanBu ümmanİndi Xəzər dənizinə döndü.Aydın gecələrdəDalğalar rahatlanır,Ləpələr dayanır,Çıxır suyun üzünəZər qanadlı kəpənəklər.Neçə rəngə çalırDənizin dibindəki çiçəklər.Əfsanələr aləminə qovuşur Xəzər...Neçə nağılı var –Fırtınalı,Tufanlı,Qəzəbli dənizin.Bu da bir nağıldır,Üzü qırçın-qırçınQumaşa bənzəyənİnsan qəlbli dənizin...Fəqət bir həqiqət var,Yüz əfsanəyə dəyər.Buluddan doğulsa da XəzərBu torpağa bağlıdır.Ümmandan ayrı düşəli,Sığındı Abşeronun sinəsinə.Biz də vurğunuq XəzərinNağıllı, nağılsız gecəsinə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring