Bir ürəkdə dörd fəsil
Hər gecə danışır radio havadan:"Sabah az buludlu, biri gün yağış..." İqlimin sirrini bu qadir insanGör necə öyrənmiş, gör necə açmış...
Sabahkı havanı bilirik bu gün,Ey insan,Bununla demərəm öyün...Minbir havasını yerin, dənizinƏvvəldən bilirik çox zaman, şəksiz.Bəs niyə bilmirik öz qəlbimizinBir andan sonrakı havasını biz?..
Dörd fəsil yaşayır bir ildə torpaqQış, qış kimi gəlir, bahar bahartək.Bir saat içində bəs nədən ancaqDörd fəsil yaşayır bəzən bir ürək?
Sabahkı havanı bilirik bu gün.Ey insan,Bununla demərəm öyün...
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-bir-urekde-dord-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,
QocalmırQocaldır insanı, qocaldır zaman;Ürəyin atəşi, közü qocalmır.
DünyanınBaş çıxarmaq həm çətindir, həm asanİblisindən, mələyindən dünyanın.
Vay halınaDoğulduğun, böyüdüyün VətənindəHaqq tapdanıb, şər udulsa, vay halına!