Bakıyla Təbrizin arasındayam
Mənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,Qurulur içimdə mizan-tərəzi,O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam,Fikirlər əlində haçalanmışam.Təpədən qorxmuşam, düzü danmışam,İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasında,Bir gözəl tilsimin daş qalasında,Həmişə qapılar astanasındaBayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə "mən" keçirBiri dərdli keçir, biri şən keçir,Məftilli çəpərlər sinəmdən keçir.Bakıyla Təbrizin arasındayam.
May 1969
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-bakiyla-tebrizin-arasindayam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
OlmuşamƏləstü bürəbbüküm qalu bəladanMərdin mövlasına nökər olmuşam.
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənəBəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
La'ali-Manzuma, chapter 54پیچم بخود چو مار در این تنگنای تاردردا که شد طلسم من این آتشین حصار