İllərlə bir eşqin cövrünü çəkdik –Ayrılsaq, gün sönər, il qınar bizi.Eniş-yoxuşunu bir ötdüyümüzYollara nə deyək, yol qınar bizi.

Sən dedin, başlanan qurtarsın gərək!Mən dedim, doymayır arzudan ürək!Birgə əkdiyimiz gülü dərməsəkTikanlar əl çalar, gül qınar bizi.

Bəs deyil bu ələm, bu kədər mənə.Elədin dünyanı sən hədər mənə.Gözəl sözlər dedin nə qədər mənə,Gəl indi danlama, dil qınar bizi.

Çox çəkə bilmədik nazını eşqin,Qış gəlib, yaşadıq yazını eşqin.Yamanca sındırdıq sazını eşqin,Bilmədik, axırda tel qınar bizi.

Dedin ki, eşqimlə bəxtiyaram mən.Dedin ki, dönmərəm qəlbin səsindən.İndiysə çəkinib el tənəsindənDeyirsən, ayıbdır, el qınar bizi.

İyul 1967

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love