Qalmadı
Qal dedim, ey sevgilim, getmə, aman, qalmadı,Məndə o gündən bəri tabu-tavan qalmadı.
Daldı gözüm yollara, qaldı könül kimsəsiz,Aldı o canım mənim canımı, can qalmadı.
Əlləri qoynunda mən qaldım, olub dərbədər,Dərdimi ərz etməyə dağda duman qalmadı.
Yıxdı o zalım məni, bir daha qaldırmadı,Məndə güman qalmadı, onda iman qalmadı.
Qalmadı əsla ümid, qaldı xalından əsər,Qəlbimə xal saldı, xal, başqa nişan qalmadı.
Əldə kaman hıçqıran, oxlarını daş qıranHansı yanıq aşiqin qəddi kaman qalmadı?!
Yox, dedilər, dərdinə çarə yox aşiqlərin,Çox sinədəftər tapıb sordum, ozan qalmadı.
Sevgimi heç eylədi, heçnə kimi heçnədən,Heç kəsi yoxdur deyə, heç nigaran qalmadı.
Qalmadı sevdan sənin, qaldımı sevgin, Zəka,Bir daha ah etməyə məndə güman qalmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-qalmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Canan səni sevməz deyə öz qəlbini yaxma,Şeir aşiqisən, çox da ki canan səni sevməz.
Yemək-içməkƏyyaşın xəyalı içmək, yeməkdir,Yemək əyyaş üçün içmək deməkdir.
Əziz dostDostsuz olan insanda vəfa olmaz, əziz dost,Dostun diləyi dosta cəfa olmaz, əziz dost!
YerləşməlidirBöyüyüb yavrular ərləşməlidir,Yurdda yumruq kimi birləşməlidir!
Poems by other poets · Love
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Dağıt "əmmə"ni"Əlif"in hökmüylə, "cim" fərmanıylaAra kəlmə-kəlmə, dağıt "əmmə"ni.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Olmuşam bir bimürüvvət yar əlindən dilfikarOlmuşam bir bimürüvvət yar əlindən dilfikar,Eylərəm cövrü cəfasından o şuxin ahü zar.