Qurban
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,Yanağı əhmərdir, bənzər al gülə,Ağ buxaqda qara xallara qurban
Zənəxdanda xallar fülfülə nisbət,Dili ağrında şeyda bülbülə nisbət,Müşkin türrələri sünbülə nisbət,Ağ alnında kəsik tellərə qurban
Hilal qaşın giriftarı olmuşam,Nərgislərin mən bimarı olmuşam,Saralmışam zər təki sarı olmuşam,Yanağında açılan güllərə qurban
Deyirəm qamətinə sərvi-gülüstan,Qoynu cənnət bağı yetirmiş bostan,Yoxdur bu cahanda yarım tək mastan,Dilbərin gəldiyi yollara qurban
Gecələr gündüzlər mənim deyildir,Süzülən ulduzlar mənim deyildir,Məmi deyir bu gözlər mənim deyildir,Demişəm mən incə bellərə qurban
Kitabxana.az · https://kitabxana.az/en/works/memi-el-sairi-qurban
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sevdiyim, dimədən sellər açılır,Hər zaman düşəndə iraq gözlərin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,