Sevdiyim, dimədən sellər açılır,Hər zaman düşəndə iraq gözlərin.Gəlmədi söndürə cigər atəşin,Hər biri bir qaynar bulaq gözlərin.

Kimin yolu düşsə xaki-dərinə,Ox vurar köksünə mərhəm yerinə.Belə kafər olmaz, aşiqlərinəQan uddurur çanaq-çanaq gözlərin.

Bir zaman var idi, görəndə məndən,Ahuyi-xütən tək qaçardı gəndən.Bildi xərəbədi, ey qönçədəhən,Elədi könlümü yataq, gözlərin.

Yığılıb bir yerə el qınar səni,Deyər çox incitdi gedib-gələni.Təəccüb eylərəm, neçin müjəniPilto tək yandırmaz çıraq gözlərin.

Səlibsan Zakiri cövrü cəfayə,Yolunda canını verdi fənayə;Ömür başa yetdi, ol binəvayəOlmadı bir gecə qonaq gözlərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love