Sevdiyim, gələ-gör bahar fəslidir,Könül istər gəzə bağı səninlə.Gecə qucaqlaşıb yataq qol boyun,Bir də duraq səhər çağı səninlə.

Nə xoş səadətdir dodaq-dodaqda,Məzə müqabildə, badə qabaqda.Vermənəm aləmə xəlvət otaqdaDeyib, gülüb, danışmağı səninlə.

Xahi aqil olam, xahi divanə,Yoxdur ehtiyacım hürü qılmanə,Gedərəm duzəxə mənıdü mərdanə,Əsli budur sözün sağı səninlə.

Aşiqələr bağrını şan-şan elərsən,Gündə birin kəsib qurban elərsən;Hər qiya baxanda yüz qan elərsən,Müşküldür dolanmaq, yağı, səninlə!

Ləbindir Zakirin abi-həyatı,Dirildir ölünü hər ixtilatı;Neylərəm şəkkəri, qəndi, nəbatı,Xoşdu mənə içmək ağu səninlə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love