Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?Öldürməkdə, qan tökməkdə, sevdiyim,Bu əyri qaşlarının misalmı var?

Naz ilə dur yeri, rəftarə bir gəl,Ey mahi-bikənf, sərvi-mükəllil,

Meydan-i hüsndə kimdir mükəmməl,Sən kimi can alan cəmalmı var?

Tutar axır səni bu nan-ü nəmək,Atəş-i hicrana çox vurma ətək,Zülfün qara geyib əhli-əza tək,Olmaya hüsnünün zəvalmı var?

Danış tuti sifət təkəllüm ilə,Təğ alıb qaşından bağrımı pilə,Ləbindən bir neçə söküşlər söylə,Tutidə ta görək məqalmı var?

Bir dəfə baxmağın min kərə qandır,Min Leyli zülfündə billah nəhandır,O hansı gülşəndir ya bustandır,Qədd-i mövzunun tək nəhalmı var?

Bilmirəm hardadır fikr-ü xəyalın,Artırır baxdıqca şövqümi xalın,Göstərir xəmyazə hərdəm cəmalın,Olmaya Qüdsiyə vüsalmı var?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love