Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.Bu günah məndədir, özüm sevmişəm,Əzəl gündən nidim bivəfa yarı.

Göz satışdı əzəl görcək cəmalə,Aldandı mürğ tək danəyi-xalə,Aşiq sən hicrana yaxud vüsala,Vallahi eşqdə yox ixtiyarı.

Yox məzəmmət yeri məndə, dostlar,Aşiq olur öz-özündən bixəbər,Görmədiniz Sən'anı eylədi kafərBir tərsa bəçənin şux güftarı.

Müşkildir yar ilə ülfət eyləmək,Danışıb xəlvətdə söhbət eyləmək,Yardan çox yeğdir üzlət eyləmək,Hicrandır aşiqin billah baharı.

Dodağın gül bərgi, qönçə dəhanın,Qamətin sərvdir, bülbül zəbanın,

Qucmaq mümkün olsa işkə miyanın,Zindandır aşiqə gülşən kənarı.

Eşitmədiniz Qeysi oldu sərkəşdə,Şəhərdən baş qoydu damən-i dəştə,Eşq əlinə axır verdi sərrişdə,Mədfənin eylədi Leyli məzarı.

Demə pir olubsan, yoxdur təvanın,Barığım çəkməyə qüdrət-ü canın,Sən kimi səyyadın səxt kamanın,Mən kimi natavan olur şikarı.

Mən pir acizəm, sən şux sərkəş,Könlümü hicrilə qılma müşəvvəş,Rəhm ilə, sevdiyim, axır bu atəşYandırar, söz yoxdur Qüdsi zarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love