Bənzərsən
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsənGəldiyin yollara qurban olayım,Can içində şirin cana bənzərsən
Kilsadan baxdım, xaçın göründü,Tomağın alındı, maçın göründü,Əlvan yaylıq altdan saçın göründü,Sərv içində xəramanə bənzərsən
Bizim pərdə urdun olur qaz olur,Gözəllərdə işvə olur, naz olur,Hüsn içində sən tək gözəl az olur,Mələk içində Süleymana bənzərsən
Allah, Məhəmməd və Ali sevdiyim,Ağ üzündə siyah xalı sevdiyim,Etmə mənə fitnə-ali sevdiyim,Gözlərindən ev yıxana bənzərsən
Qurban olum nazlı yarın üzünə,Günəş camalına, kiçik yüzünə,Xilaf demə Kiçik Rza sözünə,Vallah-billah gülstana bənzərsən
Kitabxana.az · https://kitabxana.az/en/works/rza-el-sairi-benzersen
Use ← → keys to move, R for a random poem