Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,Mən olmuşam dərdi-hicran tapdağı,Yetir mənə əl, başına döndüyüm

Rüsva qıldı məni sövdayi-eşqin,Eşqin dəryası daşqındır, daşqın,Kələğayı gəlgər tikmə araşqın,İncə belə şal, başına döndüyüm

Bir sifariş yollamışdı yar mənə,Saldı ciyərimi odlara gənə,Narınc haşiyəli zərbaf nimtənə,Arxalığı al, başına döndüyüm

Getdi mütrib, gülşən qaldı bülbülə,Bir dərdmənd yoxdu dərdimi bilə,Qədi sərv ağacı, gərdəni minə,Al yanaqda xal, başına döndüyüm

Ala gözlər məni dərdə salubdur,Müjganların bağrım başın alubdur,Rzanın bircə canı qalubdur,Gəl onu da al, başına döndüyüm

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love