Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.

Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.

Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.

Ahu tək hər yana nıəstanə dolandırma gözün,Az qalıbdır gözlərin rəxnə sala imanıma.

Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim,Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma.

Canımı canan alıb, naseh, məni mən eyləmə,Bilmirəm bir can nədir ki, qıymayım cananıma?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək –Qoydun həsrət sən məni ol gözləri məstanıma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love