Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!

Bir gözün şəhlası yüz min səfheyi-Tövratdan,Bir qaşın əbrusu min-min mülki-İrandan ləziz!

Gül üzün görmək mənə gülbərgi-həmradan əcib,O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz!

Zahida, etmə mənə tənə bilibsən, bilmişəm,Canı sən canandan, cananı mən candan ləziz!

Abi-heyvan ləblərin şəbdin içibdir, ey sənəm,An üçün bir ab yoxdur, abi-heyvandan ləziz!

Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin,Onu bundan bisəfa buldu, bunu ondan ləziz!

Maqta — the closing couplet bearing the poet’s pen name. Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl,Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love