Dönübdü
Fələyin qəhrindən, el töhmətindən,Dərdim artıb bir ümmana dönübdü.Dostun firqətindən, yar həsrətindən,Bahar mana zimistana dönübdü.
Eşqin girdabında düşmüşəm ləngə,Torbakeşlər tənə qılır peşəngə.Gürbə şirə dönüb, muşlar pələngə,Bəqə qızıb kərgədana dönübdü.
Arif, bu sözləri fikr eylə dərin,Artırma dərdini sən Ələsgərin.Qiblənüma məhəbbəti dilbərin,Meyli bizdən qeyri yana dönübdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-donubdu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Müavin mana ol Sübhan olursaMüavin mana ol Sübhan olursa,Bədəndə ruhi-qüdsi can olursa,
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,