Yüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,Yüz bəzm ü cam ola, könlüm səni istər,Yüz kürbət xudkam ola, könlüm səni istər,Yüz məclis bayram ola, könlüm səni istər

Yüz işvə ilən can alıcı gözləri kafir,Yüz naz edici aşiqinə şux və sitəmkar,Yüz püstə dəhən dişləri dür, ləbləri şəkər,Yüz sərvi-səhi qədd xəraman sənəvbər,Yüz cilvə xoş-əqdam ola, könlüm səni istər

Yüz məqsədi-dil, feyzi-nəzər, nik-ədalər,Yüz zülfi-səmənbu, saçı aşufta bəlalər,Yüz qaşı kaman, kirpiki ox, qəhr ü qadalar,Yüz çeşmi-siyah, baxışı ahuyi-xətalar,Yüz vəhşi əgər ram ola, könlüm səni istər

Yüz kafir tərsabəçə qarətgəri-iman,Yüz hüsni-qəmər, hər biri bir afəti-dövran,Yüz ləl ləbi abi-bəqa çeşmeyi-heyvan,Yüz badəkeşi-saqi-sərməst qəzəlxan,Yüz gərdişi-əyyam ola, könlüm səni istər

Yüz dilbəri-Şiraz ola, yüz şux Səfahan,Yüz Türki-Xəta, yəni ki məhbubi-Səmənkan,Yüz Misri-Züleyxa ola, yüz Yusifi-Kən'an,Yüz Mücrim dilxəstə Kərimin kimi xoşxan,Yüz sübh ilə axşam ola, könlüm səni istər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love