Müshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,Müjganın oxu aşiq öldürür,Çəkilib qaşların ovc-i-havadə

Sənəvbər qamətin sərvdən əla,Necə olmaz görən səni mübtəla,Bidad qəhrin cana bir bəla,Yetirək ərzim Şah Qubadə

Əyar çeşmin afəti-dövran,Harut-Marut oldu bədgüman,Pərişan zülfdən yoxdu bir aman,Neçə sərgəştəni qoydu bəlada

Cəllad qəmzən çəkdi sipahın,Bəndeyi-fərmanım zülfi-siyahın,Alubdur səbrimi oğru nigahın,Məlul biçarə qaldım aradə

Şəhbazi-aləm şahi-binişan,Füqəra-vü binəva dərdinə dərman,Kərimin cani yolunda qurban,Xuluş niyyətim oldu ziyadə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love