Mövlayə şükr ki yar gəldi,Şirin ləb gül-üzar gəldi,Şahənşəh tacdar gəldi,Can mülkünə şəhriyar gəldi,Ol kakilli şahmar gəldi

Ey hüsn səririnə şəhənşəh,Qıl aşiqə iltifat, kə-kə,Manəndi turac, kəklik qəhqəhə,Könlüm quşu indi eylə cəhcəh,Güllər açılıb bahar gəldi

Bilmən bu nə hikmət xudadır,Canım qəm eşqinə mübtəladır,Fərzənd əziz Mustafadır,Hər müyə bədəndə bir sədadır,Xurşidi-fələk şüar gəldi

Ey zati-xüceste şahbazım,Sən şahə mənim budur niyazım,Can çıxmağa sənsiz oldu azim,Daxi bu təğafülə nə lazım,Birəhm olan nigar gəldi

Gülgün geyinib o huri-zadə,Yarəbbi yetir bizi müradə,Başında "Alafa" ipək libadə,Mən aşiqi-zar dil fütadə,Bizdən usanub kənar gəldi

Yarəb, bu nə hüsndür, nə həşmət,Olmaz belə zati-pak tinət,Başdan ayağa təmam zinət,Huri sifət və fərişdə tələt,Göstərdi mənə vüqar gəldi

Ol sərvi-riyaz qəddi-mövzun,Geydi təninə libasi-gülgün,Göz gördü cəmalın, oldu məmnun,Mücrim Kərim, olma xar məhzun,Qəmgin könülə qərar gəldi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love