Aman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,Gecələr əflaka yetişur nalim,Gün-bəgün halım pərişan oldu,Hicran evində qaldım tənha,Fələk verdi mənə dərd bidəva,Hücum qəm eylədi könlümü yağma,Hal ü əhvalım nə yaman oldu

Əzəldən bəxtim dönüb ədbarə,Əsir və sərgəştə qaldım avarə,Qan ağla hər zaman Kərim biçarə,Cəfa əlindən ciyər qan oldu

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate