Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.Yalvar, yapış, ağla, sızla yavunca,Ərzi-halım sitəmkara xəbər ver.

Çərxi-fələk xub durubdur qəsdimə,Müşküldəyəm, əlin yetər dəstimə,Qəm ləşkəri hücum eylər üstümə,Alişandır o sərdara xəbər ver.

Ləsani tək cismim düşdü bağına,Rəhmin gəlsin sinəm üstə dağına,Yetişincə öp əlin, düş ayağına,Al başına vara-vara xəbər ver.

Random poem

Poems by other poets · Fate